KANAL24.AZ
Az Iw En Ru

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib.

“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.


02:33 14.01.2017
Xəbər lenti
Bütün xəbərlər