KANAL24.AZ
Az Iw En Ru

“Ebola”dan ölənlərin sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi etiraf edib ki, səhiyyə sahəsindəki ekspertlər Ebola epidemiyasının miqyasını düzgün hesablaya bilməyiblər. 

 

Kanal24-ün verdiyi məlumata görə, qorxulu infeksiyadan ölənlərin sayı artıq 4 min nəfəri keçib. Onların 200-ü tibb işçisidir.

Bu ilin aprelində “Sərhədsiz həkimlər” xeyriyyə təşkilatı xəbərdarlıq eləmişdi ki, Ebola virusu regiondan kənara sürətlə yayıla bilər. Lakin o zaman ÜST bu iddiaları şübhə altına almış və iddia eləmişdi ki, qızdırma halları epidemiya xarakteri daşımır. 

Bu arada alimlər Malidə könüllülər üzərində tibbi vaksinin sınaqlarına başlayıblar. Onlar ümid edirlər ki, vaksin virusdan qoruya biləcək.


10:10 11.10.2014
Xəbər lenti
Bütün xəbərlər