KANAL24.AZ
Az Iw En Ru

Qarın bilmədiyiniz faydaları

Mütəxəssislər qarın insan psixologiyasına müsbət təsir göstərdiyini söyləyib.

Psixoloqların fikrincə, qar yağanda qartopu oynayaraq zövq almağı da bacarmaq lazımdır.

Qar özü ilə birlikdə problemlər gətirsə və yollarda nəqliyyatın gediş-gəlişini çətinləşdirsə də, hər tərəfin ağ rəngə bürünməsi insanı sakitləşdirir. Bu gözəllikdən zövq almamaq ağılsızlıq olardı.

Qarın insanı sakitləşdirməsinin əsas səbəbi ağ rəngin saflıq və məsumluq rəmzi kimi qələmə verilməsidir.

Payız mövsümündə saralmış yarpaqlar insanı bir az kədərləndirir, bir az da romantika dolu dəqiqələr yaşadır. Ağ rəng isə bizi neqativlərdən uzaqlaşdırır.


00:49 09.12.2016
Xəbər lenti
Bütün xəbərlər