KANAL24.AZ
Az Iw En Ru

AZAL qiymətləri qaldırır?

Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir.

AZAL-dan bildirilib ki, bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.

"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - deyə "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, bu ilin fevral ayında "Azərbaycan Hava Yolları"-nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.(publika.az)


23:02 08.12.2016
Xəbər lenti
Bütün xəbərlər