KANAL24.AZ
Az Iw En Ru

Təhqir edildi,ərini öldürdü

Türkiyədə 26 yaşlı gəlin ərini bıçaqlayaraq öldürüb.

Hadisə İstanbulun Osmanqazi məhəlləsində baş verib. Belə ki, hadisə gəlinin ana və bacısının onlara qonaq gəlməsi ilə başlayıb. Bir müddətdən sonra ər-arvad arasında mübahisə düşüb. Ər arvadını təhqir edib və ailəsi ilə birlikdə evdən qovub.  Ana və bacısının yanında söyülən qadın bunu qüruruna sığışdıra bilməyib. O, mətbəx bıçağı ilə ərini yaralayıb. Ağır yaralanmış ər xəstəxanaya çatdırılsa da, o, həyatını itirib.

E.Ç. adlı gəlin həbs edilib. Məlum olub ki, o, narkotik istifadəçisidir.


15:25 26.11.2016
Xəbər lenti
Bütün xəbərlər