KANAL24.AZ
Az Iw En Ru

Belarusa gedən yük maşını Ağsuda aşdı

Hadisə bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Madaqaskar vətəndaşı, 1965-ci il təvəllüdlü Ramanari Jaona Andryaninanın idarə etdiyi, Belarus Respublikasındakı özəl şirkətə məxsus Aİ7452-3 nömrə nişanlı, “MAN” markalı yük avtomobili qəflətən qarşısına çıxan maneə səbəbindən yolun kənarına aşıb.

Hadisə zamanı sürücü xəsarət almayıb, avtomobilin yük yerindəki qutularda olan tütün məhsulunun bir hissəsi yola dağılıb. Yükün Şəkidən Belarusa aparıldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


22:38 25.11.2016
Xəbər lenti
Bütün xəbərlər