Sumaqayıtda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.