KANAL24.AZ
Az Iw En Ru

Hərbçimiz şəhid oldu

Azərbaycan əsgəri şəhid olub. 

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


03:40 16.11.2016
Xəbər lenti
Bütün xəbərlər