KANAL24.AZ
Az Iw En Ru

İsmayıllıda qəza-ölən var

Bu gün İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əyyubbəyli kəndində “Mercedes” və “Niva” markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, “Niva” markalı avtomobildən 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:25-də başa çatıb.


01:22 16.11.2016
Xəbər lenti
Bütün xəbərlər