KANAL24.AZ
Az Iw En Ru

Daha bir intihar

Bakıda daha bir intihar hadisəsi baş verib. 

Məlumata görə, Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsində kirayə yaşayan 1963-cü il təvəllüdlü Cəfərov Yusif İzmir oğlu özünü qaz borusundan asaraq intihar edib. 

İlkin araşdırma zamanı onun məktubu tapılıb. 

Məktubda Y.Cəfərov ölümündə heç kimin günahkar olmadığını, öz istəyi ilə həyatına son qoyduğunu qeyd edib.

Bildirilir ki, Y.Cəfərov ali təhsilli olub və müharibə veteranıdır. O, daha əvvəl iki dəfə ailəli olub və hər iki izdivacı uğursuz olub, boşanıb. Son vaxtlar işsiz olan və maddi problemlər yaşayan 53 yaşlı kişinin bu səbəbdən həyatına son qoyduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


18:54 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər