KANAL24.AZ
Az Iw En Ru

Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı

Facebook sosial şəbəkəsi yüzlərlə istifadəçisinin səhifəsində səhvən ölümləri barəsində qeyd yerləşdirib.

Məlumata görə, bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində yerləşdirilmiş ölüm xəbərini müşahidə edə biliblər. Hətta sosial şəbəkənin təsisçisi Mark Zukerberqdə sözügedən səhvin qurbanı olub.

Sosial şəbəkə rəsmiləri artıq baş verənlərə görə istifadəçilərdən üzr istəyib.

"Bu dəhşətli səhvi artıq aradan qaldırdıq", - deyə bildirilib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan Facebook sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.


16:49 12.11.2016
Xəbər lenti
Bütün xəbərlər