KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edibler

Gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının Bakıda keçirilən beynəlxalq konfransının iştirakçıları sentyabrın 9-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyublar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

 


01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər