KANAL24.AZ
Az Iw En Ru

Lökbatan-Qobu avtomobil yolunun tikintisinə 2 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 47 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


01:51 31.07.2016
Xəbər lenti
Bütün xəbərlər