Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) banklara 50 milyon dollar vəsait satıb.
Fonddan verilən məlumata görə, bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. SOFAZ tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və bu vəsait 28 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.