KANAL24.AZ
Az Iw En Ru

Avtobuslarda gediş haqqı ilə bağlıXƏBƏRDARLIQ

Məsafələrdən asılı olaraq, avtobuslarda gediş haqqı dəyişir. Az məsafə qət edənlər daha az pul ödəyə bilərlər.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının müvafiq qərarına əsasən, şəhərətrafı və qəsəbələrarası 25 km-dən 30 km-dək, 30 km-dən 40 km-dək, 40 km-dən 45 km-dək, 45 km-dən 50 km-dək və 50 km-dən yuxarı məsafə qət edən marşrut xətlərində tarif müvafiq olaraq 20, 25, 30, 35, 50, 70 və 80 qəpik həddində müəyyən olunub. Ancaq bu, o demək deyil ki, marşrut xətti üzrə avtobusla sərnişin bu məsafələrdən az məsafə qət edərsə, qiymətə təsiri olmayacaq:

“Nümunə olaraq 195 saylı marşrut xəttini götürək. Marşrut xətti Ələt-Bayıl istiqamətində hərəkət edir. Ancaq Bayıldan Lökbatana qədər 195 saylı marşrut xəttində gediş haqqı Tarif urasının qərarına əsasən (məsafə 1km-dən-15 km-dək olduğu əsas gətirilərək) 20 qəpik, Bayıldan Sahilə qədər 35 qəpik, Bayıldan Sənqaçala qədər 60 qəpik, Bayıldan Qobustan qəsəbəsinə qədər 70 qəpik müəyyən edilib”.


23:47 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər