KANAL24.AZ
Az Iw En Ru

Neft gəlirləri artıb

2016-cı ilin I yarısının yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) ümumi həcmi 27 milyard manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,4 faiz azdır.

Kanal24-ün Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, ÜDM-in azalmasına əsas səbəb tikinti sektorunda məhsul və xidmətlər istehsalının həcminin azalmasıdır.

Hesabata əsasən, Azərbaycanın qeyri-neft sektoru 2015-ci ilin I yarısı ilə müqayisədə 6,1 faiz azalıb, onun ÜDM-də payı 65,2 faiz təşkil edib.

Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi ÜDM-in 34,8 faizini təşkil edib (göstərilən sahədə artım 2,1 faiz olub).


20:18 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər