KANAL24.AZ
Az Iw En Ru

“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə açıq elan edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin sərancamına verilib. Əmlak Məsələləri Dövlət Komitəsi Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsini təmin edəcək.

İnvestisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsi də Sərəncamda öz əksini tapıb. Həmçinin səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilib.

Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə birlikdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsi və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılması tapşırılıb.


02:29 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər