KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan sahibkarları Hindistana gedir

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları oktyabrın 3-dən 5-dək Hindistanda keçiriləcək "Üstünlüklü sağlamlıq 2016" beynəlxalq sammitində iştirak etməyə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Kanal24-ə bildiriblər ki, səhiyyə sahəsində təklif olunan xidmətlərin ixracının təşviqini nəzərdə tutan sammit çərçivəsində Hindistanın aparıcı xəstəxanalarının, səhiyyə təşkilatlarının nümayəndələrinin və tibbi ekspertlərin iştirakı ilə sərgi, konfrans, regional forumlar və işgüzar görüşlərin təşkil edilməsi nəzərdə tutulub.


09:41 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər