KANAL24.AZ
Az Iw En Ru

Türkiyə Bakı-Tbilisi-Qars üçün logistik mərkəz tikəcək

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində Qars əyalətində logistik mərkəz tikəcək.

Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanovla görüş ərəfəsində deyib.

Onun sözlərinə görə, BTQ-nin tikintisi ilin sonunadək başa çatacaq: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə bu yol vasitəsilə ildə 3 milyon ton yük daşımaq planlaşdırılır. Lakin bu göstərici qısa müddət ərzində 17 və daha artıq milyon tona çatacaq"

Ə.Arslan qeyd edib ki, Türkiyə Qars vilayətində logistik mərkəz tikməyi planlaşdırır.


00:21 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər