KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-BMT çərçivə sazişinin reallaşdırılmasına nə qədər vəsait ayrılacaq?

Azərbaycan və BMT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq üzrə yeni çərçivə proqramının reallaşdırılmasına təqribən 70 milyon dollar ayrılacaq.

Bunu jurnalistlərə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai deyib.

Onun sözlərinə görə, vəsaitlər BMT, Aİ, Azərbaycan hökuməti, müxtəlif fondlar və digər donorlar tərəfindən təqdim ediləcək.

Q.İsakzai qeyd edib ki, saziş çərçivəsində yeni iş yerlərinin yaradılmasına diqqət ayrılması planlaşdırılır: "Bundan başqa, səhiyyə, təhsil sahələrinin inkişafı, aqrar sektorun istehsalının artırılması, ətraf mühitin mühafizəsi və digər sahələr diqqət mərkəzində olacaq".


03:38 13.07.2016
Xəbər lenti
Bütün xəbərlər