KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan An-124 yük təyyarəsi alacaq

Azərbaycanın "Silk Way Airlines" yük aviaşirkəti "An-124-100" yük təyyarəsi alacaq.

"Silk Way Airlines" təyyarənin maliyyə lizinqi barədə Rusiyanın "İlyuşin Finans Ko." şirkəti ilə saziş imzalayıb.

Bu barədə "İlyuşin Finans Ko."nun saytına istinadən məlumat verir.

Tərəflər təyyarə tədarükünün əsas şərtləri barədə razılığa gəliblər. Yekun müqavilənin yaxın 30 gün ərzində bağlanması gözlənilir.

Təyyarənin alınmasının son müddəti 2017-ci ilin I rübüdür.


03:20 13.07.2016
Xəbər lenti
Bütün xəbərlər