KANAL24.AZ
Az Iw En Ru

Elmlər doktoru Hacı Xaliq Bəşərin "Əli bəy Hüseynzadə və Azərbaycan" adlı konfransda çıxışı

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda "Əli bəy Hüseynzadə və Azərbaycan" adlı elmi konfrans keçirilib. Konfransda ilk məruzə ilə çıxış edən inistitutun elmi işçisi , araşdırmaçı alim Yasəmən Qaraqoyunlu Əli bəy Hüseynzadənin Milli ideologiyamızın formalaşmasındakı yeri haqqında dolğun məlumat vermişdir. Daha sonar tarixçi alim Müstəqil Ağayev Əli bəy Hüseynzadənin fəaliyyəti və yaradıcılığı ilə bağlı məruzə etmişdir. Konfransda Əli bəyin ailəsi adından onun qardaşının nəvəsi Cəmilə Hüseynzadə çıxış edib. Elmlər doktoru aparıcı elmi işçi Hacı Xaliq Bəşər Əli bəy Hüseynzadə yaradıcılığından söz açıbdır. Daha sonar Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə , çöbə müdiri Sakit Hüseynov , alimlərdən Yadigar Türkəl və başqaları məruzə ətrafında öz fikirlərini bildiriblər.


21:12 04.06.2014
Xəbər lenti
Bütün xəbərlər