KANAL24.AZ
Az Iw En Ru

"Bank of Azerbaijan"ın əmanətçilərinə 17 milyon manatdan çox kompensasiya ödənilib

“Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 17,3 milyon manatdan artıq kompensasiya ödənilib. Bu barədə Kanal24.az Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə isə 268 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.


03:57 09.02.2016
Xəbər lenti
Bütün xəbərlər