KANAL24.AZ
Az Iw En Ru

İnternet vasitəsilə səsli servis işə düşür

"Azercell Telecom" MMC yaxın vaxtlarda Wi-Fi (Voice over Wi-Fi) vasitəsilə səsli xidmətlər servisini işə salacaq. Kanal24.az xəbər verir ki, bunu Trend-ə şirkətdən deyiblər.

Hazırda "Voice over Wi-Fi" servisinin "Azercell" şəbəkəsində kommersiya istismarına verilməsi prosesi gedir.

Xidmət "Azercell" abonentlərinə zəngləri "Wi-Fi" şəbəkəsinə qoşulmaqla həyata keçirməyə imkan verəcək. Servisdən istifadə etmək üçün artıq əlavələrdən yararlanmağa ehtiyac yoxdur. Şirkətə müraciət edərək xidməti aktivləşdirmək kifayət edir. Operatorların şəbəkələrinə edilən zənglərin tarifləri operatorların qüvvədə olan tariflərınə uyğun müəyyənləşdiriləcək.


19:14 07.02.2016
Xəbər lenti
Bütün xəbərlər