KANAL24.AZ
Az Iw En Ru

“Crocus”a hücumla bağlı daha bir şəxs həbs edildi

Moskvanın Basmannı məhkəməsi terror aktını törədənlərə mənzil kirayə verən Qırğızıstandan olan Əlişir Kasimovu həbs edib.
Kanal24  TASS-a istinadla xəbər verir ki, bununla da “Crocus City Hall”a hücumla bağlı həbs edilənlərin sayı səkkizə çatıb.
Məhkəmə Kasimovun barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Kasimov Qırğızıstanın Oş şəhərində anadan olub, Rusiya vətəndaşıdır, üç övladı var. O, Krasnoqorskda kafenin sahibidir.
Xatırladaq ki, martın 24-də Basmannı məhkəməsi terror aktını birbaşa törətməkdə təqsirləndirilən dörd nəfəri həbs edib: Dalerjon Mirzoev, Saidakram Raçabalizod, Şamsidin Faridun və Muhammadsobir Fayzov. Daha sonra hücum edənlərin şərik olduğu ehtimal edilən üç nəfər: Aminçon və Dilovar İslomov qardaşları və onların atası İsrail İslomov nəzarətə götürülüb.


18:46 26.03.2024
Xəbər lenti
Bütün xəbərlər