KANAL24.AZ
Az Iw En Ru

Xalqımız 4 ildir Novruzu fərqli ahənglə qarşılayır

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bayramlarını fərqli bir ruh, fərqli bir ahənglə
qarşılayır. Artıq bu bayramlarda torpaqlarını itirmiş, ata-baba yurdlarından qovulmuş,
məğlubiyyətlə barışmaq təzyiqinə müqavimət göstərməkdə olan xalqın nisgili yoxdur. Uzun
illər boyu bütün bayramlarımızı “O gün olsun ki, gələn il bu bayramı Qarabağımızda qeyd
edək” arzusu ilə keçirirdik. O gün gəldi, biz o xoşbəxt günləri gördük, muradımıza qovuşduq.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyevin hələ 1998-ci ildə
böyük bir uzaqgörənlik və əminliklə söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə
Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla
işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – sözləri bu gün reallığa
çevrilmişdir.
Ulu Öndərin həyatının ən ümdə amalı olan və vətən övladlarına səsləndirdiyi vəsiyyət,
bütün Azərbaycan xalqının arzusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçdi. Torpaqlarımız
işğaldan azad edildi və bu gün biz Novruz bayramımızı bu torpaqlarda qeyd edirik. Biz artıq
Novruz bayramımızı Xankəndidə, Şuşada qeyd etmək xobəxtliyini yaşadıq, Cıdır düzündə,
qələbə tonqallarımız qalandı, cəngimizin sədaları oradan göylərə ucaldı .
Bu günə qədər bir gün azad ediləcək torpaqlarımızda bütün maddi və mədəni
sərvətlərimizin əsl sahibi olduğumuzu sübut etmək üçün əsaslı zəmin hazırlamaq
istiqamətində böyük işlər görülüb. Başlıcası isə odur ki, artıq dördüncü ildir ki, Azərbaycan
Prezidenti İlham Əliyev bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır.
2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi
şəhərində bayram tonqalı qalanib.
Mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi
şəhərində Novruz tonqalını alovlandırıb. Cənab Prezident Xankəndi şəhərində xalqına
təbrikində bildirb ki, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti
bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra
hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
Son illərdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadi inkişafa, iqtisadi
müstəqilliyə nail oldu və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı
deyildir. Güclü iqtisadiyyat isə bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil
şəkildə aparaq. “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti
tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”,
– deyə dövlətimizin başçısı Xankəndidəki müraciətində əlavə edib.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


17:38 22.03.2024
Xəbər lenti
Bütün xəbərlər