KANAL24.AZ
Az Iw En Ru

Yens Stoltenberqin Bakı səfəri: NATO-Azərbaycan münasibətlərində yeni dövr

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza  rəsmi səfəri   ilk olaraq
Azərbaycandan  başlayıb.  Əlbəttə ki, ölkəmiz regionun iqtisadi və ordu cəhətdən ən gülçü 
dövlətidir. Azərbaycan öz  imkanları hesabına 30 ilə yaxın müddətdə davam edən Erməni
işğalına, erməni separatizminə son qoymuş, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş
ölkədir. Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən  nəqliyyat- kommunikasiya, enerji
təhlükəsizliyi layihələri onun strateji əhəmiyyətini və beynəlxalq nüfuzunu daha da artırmışdır.
Qeyd etmək lazımdır ki, hazırkı  geosiyasi proseslər fonunda  NATO-nun baş katibinin
bu səfəri xüsusi ilə diqqət çəkir. Qeyd etmək lazımdır ki, Azərbaycan-NATO tərəfdaşlığının 30
ildən artıqdır ki, davam edir.  Və bu əməkdaşlıq müsbət və uğurlu  təcrübəyə əsaslanır.
Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edərək böyük
təcrübəyə nail olmuşdur. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu
müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Cənab Prezident İlham Əliyevin dediyi
kimi: “ Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan regionda ən güclü orduya sahibdir. Bunu müntəzəm dərc olunan reytinqlər
və praktik təcrübə sübut edir. Azərbaycan ordusu 44 günlük müharibə zamanı və ötən ilin
sentyabrında parlaq şəkildə həyata keçirilən bir günlük antiterror əməliyyatı zamanı qarşıya
qoyduğu bütün məqsədlərə çatmaq iqtidarında olduğunu sübut etdi. NATO ölkələrində
Azərbaycanın müharibə aparmaq və antiterror əməliyyatları keçirmək təcrübəsi öyrənilir. Bəli,
bu, tam olaraq belədir və əksinə deyil. Axı məhz Azərbaycan 44 günlük müharibə zamanı
pilotsuz təyyarələrdən, xüsusi təyinatlılardan istifadə edərək yeni nəsil müharibəsinin necə
aparılacağını göstərdi. Üstəlik, Azərbaycan NATO-da Amerikadan sonra ordusu ən güclü olan
Türkiyə ilə Şuşa bəyannaməsini imzalamışdır. 44 günlük müharibə və bir günlük antiterror
əməliyyatı zamanı onun Azərbaycan ordusu tərəfindən məhv edilən və ya qənimət  kimi
götürdüyü silah və hərbi texnika itkiləri altı milyard yarım dollar təşkil edib. Erməni faciəsinin
miqyasını başa düşmək üçün xatırladım ki, Ermənistan Müdafiə Nazirliyinin 2024-cü il üçün
büdcəsi 555 milyard dram (təxminən 1,5 milyard dollar) təşkil edir. Müqayisə üçün xatırlatmaq
istərdim ki, Azərbaycanda Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli
təhlükəsizlik xərcləri 6 milyard 421 milyon 47,42 min manat (indiki məzənnə ilə 3,777 milyard
dollar) təşkil edir. Yeri gəlmişkən, Azərbaycanın bu xərcləri ÜDM-ə nisbətdə faizlə bütün
aparıcı NATO ölkələrinin, o cümlədən ABŞ-ın xərclərindən xeyli yüksəkdir.
Ölkə başçısı xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin
müavinləri arasında keçirilmiş görüşlərə diqqəti çəkərənrək bir daha qeyd etdi ki, “  Sülhə heç
vaxt olmadığımız qədər yaxınıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan
danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox
ciddi dəyişikliklərə gətirib çıxaracaq”. Bəli, Azərbaycan ərzi bütövlüyünü və suverenliyini tam
təmin etdi. Lakin bununla yanaşı, çox mühüm layları da tərpətdi. Və bu bir reallıqdır.
Regionda  yaranmış geosiyasi reallıqları enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçidlə bağlı
ölkəmizin əhəmiyyəti artır və bunu NATO-ya üzv olan ölkələr də  anlayır. Belə ki, təşkilata 
üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8
ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.
Eyni zamanda, Azərbaycan açıq şəkildə bəyan etdi ki, bloklara qoşulmayan dövlətdir.
Bəli, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Azərbaycanın Prezidenti
İlham Əliyev tərəfindən  daha da gücləndirilən  Azərbaycanın inkişaf strategiyası əyani şəkildə
uğurla həyata keçirilir. Aİ və NATO Azərbaycanın Cənubi Qafqaz regionunda liderliyini
tanımağa məcburdur.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


13:00 19.03.2024
Xəbər lenti
Bütün xəbərlər