KANAL24.AZ
Az Iw En Ru

Dərin tarixi köklərə malik dostluq və əməkdaşlıq əlaqələri

Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi bir daha göstərir ki,
Azərbaycan, Türkiyə və Gürcüstan artıq bütün region üçün iqtisadi və siyasi baxımdan uğurlu
bir format yaradıblar.  Otuz ildən artıqdır ki, ölkəmizə qarşı ərazi iddiaları yolunu seçmiş
Ermənistan yenə də Bakı, Ankara və Tbilisinin müttəfiqliyi sayəsində reallaşan bütün müsbət
layihələrdən  kənardadır və hazırkı  mövqeyi davam etdirməklə  rəsmi İrəvan dalan ölkəsi kimi
qalacaqdır.  Buna əmin olmaq üçün bir  fakta diqqət yetirmək kifayətdir. Belə  ki, Gürcüstanın
baş nazirinin paytaxtımıza gəlişindən bir gün əvvəl Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan
arasında üçtərəfli əməkdaşlıq formatının xarici işlər nazirlərinin IX iclası keçirildi.  Görüşün
nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri arasında münasibətlərin daha da inkişaf
etdirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində Gürcüstan
və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən bəhs edilir. Bu çox vacib bir
məqamdır. Axı, Gürcüstan hələ də ərazi bütövlüyünü bərpa etməyib və müttəfiqlərinin
dəstəyinə ehtiyacı var. Azərbaycan isə öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa
etməyinə baxmayaraq,  hələ də dib, açıq-aşkar sülhə deyil, yeni müharibəyə sadiq olan
Ermənistan və onun havadarı Fransa  tərəfindən davam edən təxribatları nəzərə alsaq belə 
bir bəyannamə qəbul edilməsi  çox faydalı  bir sənəddir.  Bundan əlavə, sənəddə qlobal
kontekstdə regionun artan nəqliyyat rolundan, Orta Dəhliz və onun həyata keçirilməsinin
əhəmiyyətindən bəhs edilir. Eyni sənədlə tərəflər hər üç ölkəni birləşdirən iqtisadi layihələri
təsdiq edirlər. Amma bu, Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən, bu üçlüyü bütün
Avrasiya məkanı üçün son dərəcə vacib edən ən mühüm şeydir. Azərbaycan prezidenti 
İlham Əliyev  və  Gürcüstanın baş naziri İrakli Kobaxidze isə mətbuat verdikləri bəyanatda
qeyd etdilər ki,  ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə son dərəcə
vacibdir.
Bu arada qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasındakı  siyasi
münasibətlər  hər zaman yüksək səviyyədədir. Bu məsələyə diqqəti çəkən ölkə başçısı İlham
Əliyev  bildirdi ki: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü,
sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq
təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam
edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn
normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini
bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq
etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü
müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi
bütövlüyünü bərpa etmişdir”. 
Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edən bir sıra layihələrin təməlini
birlikdə qoymuşdur. Artıq  beynəlxalq aləm  bir daha şahid olur ki, Azərbaycan nəinki
təşəbbüs göstərməyə, hətta  həmin  layihələri həyata keçirməyə də qadirdir.  Gələcək həm
Avropa, həm də Asiya üçün  xüsusi əhəmiyyət kəsb edən  çox mühüm planlar haqqında  bəhs
edərək ölkə başçısı bildirdi ki: “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq.
Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi
etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz
bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə
Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Yeni layihələr üzərində işlər davamlı olaraq
aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər
ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-
Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən
layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə
icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük
bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində
çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Həqiqətən də, nəqliyyat sektorunda mövcud olan və yaradılacaq infrastruktur bir çox ölkələr
üçün əvəzolunmaz nəqliyyat imkanları açacaqdır. Bunu da qeyd etmək yerinə düşərdi ki, bu 
nəqliyyat infrastrukturu  Ermənistanın və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  planlarına 
zidd olan  bir layihə idi. O zaman,  həmin ölkələr bu layihənin həyata keçirilməsinə bir sıra
maneələr yaradır, maliyyələşdirmədən imtina edir, marşrut xəttinin Ermənistan ərazisindən
keçməsini tələb edirdilər.  Amma Azərbaycan ortaya mövqe qoydu və bütün imkanlardan
istifadə edərək bu layihələr həyata keçirildi.
İndi isə vəziyyət dəyişib və Azərbaycan regionda yeni reallıqlar yaratmışdır.  Artıq yeni
layihələr üzərində işlər gedir. Şübhəsiz ki, bu layihələr Azərbaycana, Gürcüstana, Türkiyəyə
və bütün Avrasiya məkanına fayda gətirəcəkdir. Bu həm də  ölkələrimizin dünya miqyasında
nüfuzunu gücləndirəcək və əhəmiyyətli iqtisadi səmərə verəcəkdir. Azərbaycan-Gürcüstan
dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm
strateji tərəfdaşdır. Cənubi Qafqazın bu iki dövləti davamlı olaraq bütün sahələrdə əlaqələrini
genişləndirir. Və əlbəttə ki, hər iki ölkə bu  münasibətlərdən ancaq fayda əldə edir.   Bəs
Ermənistan? O, yenə də regionda  həyata keçirilən bütün müsbət tədbirlərdən, layihələrdən
yenə kənarda qaldı. Ermənistan  himayədarından, regionda öz  marağı olan Fransadan
həddən artıq asılı vəziyyətdədir. Rəsmi İrəvanın bütün geosiyasi hiylələri iflasa məhkumdur,
çünki bu ölkə Azərbaycan və Türkiyə ilə əlaqələr qurmadan inkişaf edə bilməz.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi


10:08 19.03.2024
Xəbər lenti
Bütün xəbərlər