KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Gürcüstan arasında münasibətləri yeni keyfiyyət çalarları ilə genişlənir

Azərbaycanla Gürcüstanın münasibətləri daim yüksək səviyyədə olub, əlaqələr bütün
sahələri əhatə etməklə dinamik inkişaf edib. Və bu əlaqələr dərin köklərə malikdir, xalqlarımız
tarixən mehriban və dostluq şəraitində yaşayıblar. Bu gün isə mehriban qonşu və dost olan bu
iki dövlət eyni zamanda strateji tərəfdaşdırlar. Əminliklə ifadə etmək olar ki, əlaqələrimiz bütün
qonşu dövlətlər üçün böyük nümunə təşkil edəcək səviyyədədir.
Əhəmiyyətli coğrafi ərazidə yerləşən dövlətlərimiz bu imkandan səmərəli istifadə
etməklə ümumilikdə regionun hərtərəfli inkişafı üçün uğurlu layihələrə icra edirlər: “İrimiqyaslı
qlobal enerji, həmçinin nəqliyyat-kommunikasiya layihələrini buna misal olaraq göstərə bilərik.
Gürcüstanın tranzit imkanları Azərbaycanın enerji resurslarının, eləcə də başqa yüklərin
daşınması üçün son dərəcə əhəmiyyətlidir. Ötən illərin təcrübəsi və bu istiqamətdə görülmüş
işlər bunu bir daha sübut edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru
kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. layihələr regionda sülh və sabitliyə, bölgə ölkələri
arasında dostluq münasibətlərin dərinləşməsinə və iqtisadi tərəqqiyə böyük imkanlar açıb”.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin vəzifəsinin icrasına başlayandan dərhal
sonra ölkəmizə səfərə gəlməsi ənənəyə sadiq qalaraq Azərbaycanla münasibətlərə verdiyi
önəmin əlamətidir. Və bu səfər, təbii ki, əlaqələrimizin bundan sonra da inkişafına, xüsusi
əhəmiyyət daşıyan və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın dərinləşməsinə
mühüm təsir göstərəcək, eləcə də iqtisadi maraqların uzlaşdırılması, ölkələrimiz arasında
iqtisadi-siyasi əlaqələr sisteminin təkmilləşdirilməsi baxımından faydalı olacaq.
Mətbuata bəyanatla çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev
Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində yeni layihələr üzərində iş apardıqlarını qeyd
etdi. Biz inanırıq ki, bu sahədə böyük potensiala malik hər iki ölkə faydalı əməkdaşlıq edəcək,
başlatdıqları birgə layihələri uğurla həyata keçirəcək, yeni çağırışlar aspektində əməkdaşlıq
möhkəmlənəcək.
Hikmət Bağırlı,
Sabirabad rayon Gənclər Evinin əməkdaşı


09:08 19.03.2024
Xəbər lenti
Bütün xəbərlər