KANAL24.AZ
Az Iw En Ru

NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRDƏ NÖVBƏLİ MƏQSƏD

Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra, 18 oktyabır 1991-ci ildən bu günə kimi Azərbaycan Respublikası prezidenti seçkiləri 8 dəfə keçirilib. Birinci prezident Ayaz Mütəllibov, ikinci Əbülfəz Əliyev, üçüncü və dördüncü Heydər Əliyev, beşinci, altıncı, yeddinci, səkkizinci isə İlham Əliyev seçilib.
I.08.09.1991-ci il,
ll.07.06.1992-ci il,
lll.03.10.1993-cü il,
lV.11.10.1998-ci il,
V.15.10.2003-cü il,
Vl.15.10.2008-ci il,
Vll.09.10.2013-cü il ,
Vlll.11.04.2018-ci il.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərin elan etmişdir.
Yeri gəlmişkən sizlərin nəzərinizə çatdırım ki, 2018-ci ildə də 5 fevral 2018-ci il tarixində İlham Əliyev sərəncam verməklə növbədənkənar prezident seçkisinin 11aprel 2018-ci ildə keçirilməsin təyin etmişdir.
Uzun illərdir Azərbaycanda seçki deyəndə ilk ağlımıza gələn "Yuxarılar kimi desələr, istəsələr, xalq da guya onu "seçeçib" təyin edəcək"....
Bu yanaşma ondan irəli gəlir ki, hakimiyyət və güc strukturları vətəndaşların doğulub ağlının kəsdiyi andan daima ədalətsizlik, yalan, satqınlıq, alver bu kimi reallıqlarla qarşı-qarşıya qoyaraq mənəvi varlıqlarını, özlərinə inamını, nəyisə dəyişə bilmə imkanlılığını məhv ediblər.
"Onsuzda heç nə dəyişməyəcək!"
cümləsi hər bir seçicinin qəlbindən keçən və inandığı cümləyə çevrilib.
Bütün bunlara baxmayaraq ümüd edirəm ki, mənə elə gəlir ki, İlham Əliyev sözün əsil mənasında Azərbaycanda Ədalət, Həmrəylik, Düzgünlük, Hüquq bərabərliyi yaratmaq istəyir!
Anca bir amması var ; Cəmiyyətin özü, və vətəndaşları buna hazırdırmı? yoxsa hazır deyil? Cəmiyyətimizdə 6 yaşından 86 yaşına kimi olan vətəndaşların 80%-nin elmi, mənəvi formalaşma səviyyəsi tamamilə məhv edilib. Cəmiyyət sanki yumruğun, təpiyin, tüpürcəyin hökm etdiyi bir həpisxananı xatırladır. Fikrimcə mövcud səbəblərin ən əsası Sovet təlim-tərbiyyə səviyyəli bir cəmiyyətin qəfildən Bazar, anarxiya təlim-tərbiyyə səviyyəsi ilə əvəz edilməsidir.
Necə deyərlər İdarəçilik sistemi dəyişsədə İdarə edənlər və Cəmiyyət dəyişməyib. Ancaq idarəçilik orqanlarının adları dəyişib. Kommunist partiyası YAP-na çevrilib, keçmiş kommunistlərin hamısı olub YAP-çılar, Payon KP Katibləri olub YAP İcra rəhbəri, Kənd soveti olub YAP Bələdiyyələri və s... ancaq adlar dəyişib, simalar, idarə mexanizmləri, yaltaqlıq, satqınlıq Sovet illərində olandan hətda daha ağır forma alıb.
Sovet vaxtlarında sadə camaatın heç olmasa
"MOSKVA kömək edəcək! " adlı bir dayaqları vardı. Bu gün isə "Get kimə deyirsən de!" adlı bir ümüdsüzlük möhürləri var....
Azərbaycanda indi guya bazar iqtisadiyyatlı, azad fikirli, kapitalist sistemli cəmiyyət qurulub. Əslində isə Bazar, Bazarkom, Anarxiya, ədalətsiz bir zamandayıq.
Hər bir adam sənədlə, kağız üzərində kapitalizmdə yaşasada əslində reyal həyatında Bazarsosializmdə yaşamaq məcburiyyətindədir.
Cəmiyyət öz-özünə dəyişmir, cəmiyyəti onun vətəndaşlarının elmi-mənəvi-mədəni səviyyəsi formalaşdırır. Bunu isə hakimiyyətin daxili siyasəti səviyyəsi nizamlayır.
Bəri başdan deyim ki, Azərbaycan Dövlətində daxili siyasəti aparan Baş Nazir heç vaxt olmayıb və bu gündə yoxdur. Bəli sənədlərə əsasən var ancaq Baş Nazir bir Siyasi Fiqur kimi YOXDUR. Azərbaycanda əhali DİN, FHN, Mudafiə Nazirini tanısalarda ancaq bu qeyd etdiyim Nazirlərin TABE OLDUGU BAŞ NAZİRİ tanıyan yoxdur. Yeri gəlmişkən tanınan nazirləri əla işləri ilə deyil "QILINClarının qabağıda dalıda kəsdiyi üçün!" tanıyırlar. Məsələn Yollar İdarəsi Nazirini yeni çəkilən yollarda rahatlıqların səviyyəsi görə yox talanların səviyyəsinə , Maliyyə nazirini Maliyyə talanları səviyyəsi, Polisin keşiyimizi çəkməyi ilə yox təpə-qapazını etməsi ilə və s...tanınırlar!
Bir sözlə Daxili siyasət nəyinki SIFIR deyərdimki MƏNFİ 100%- səviyyəsindədir.
Bütün bunlara isə ölkəni idarə edən birinci adam cavabdehdir. Ancaq bir amması var Əgər bu rəhbər meydanda TƏKdirsə ətrafında olan kadrlar yalnız QULDUR MƏNƏVİYYATLIdırlarsa onda TƏK bir nəfər necə etməlidir?!
Sadə bir misal : ƏN görkəmli AŞBAZa çürük kələm, qurtlu düyü, iylənmiş ət, marqarin yağ verib AŞBAZdan ƏLA DOLMA bişir tələbi nə qədər ədalətlidirsə, həmən aşbaz nə ləzət də dolma bişirəcəksə bu yalnız onun əlinin altındakı ərzaqların keyfiyyətindən və miqdarından asılıdır....
Bax dövləti idarə edən RƏHBƏRdəndə əlinin altında Elimli, mədəni, sağlam düşüncəli kadrlar olmadığı halda ədalətli cəmiyyət qurmaq tələbi bir o qədər düzgün deyil...
Cəmiyyətin keyfiyyəti bu cəmiyyətdə olanların keyfiyyətinə bərabərdir.
Belə bir deyim var :
" Sürü qotursuz olmaz!" bəli tam düzgün deyimdir, ancaq SÜRÜdə qoturlar 90% olanda onda ən düzgünü demək lazımdır ki, sürü QOTUR SÜRÜSÜdür!....
Bilirsiz Azərbaycan Dövlətinin XARİCİ SİYASƏTİ niyə YÜKSƏK və ƏLA səviyyədədir?! Çünku Xarici siyasəti TƏKBAŞINA APARAN İlham Əliyevin Elmi, Dünya siyasi müstəvisində cərəyan edənləri əvvəldən hesablama məntiqi analizi, dünyanın aparıcı ünsüyyət vasitəsi olan İngilis və Rus dillərində əla siyasi-elmi danışıq məharəti, Azərbaycan dövlətinin dünya arenasında çəkisinin nə olduğunu dəqiq bilib bu çəkiyə uyğun NEYTİRAL MÖVQE tutma qabiliyyəti və s. və s. bu kimi KEYFİYYƏTLƏRİ və verdiyi siyasi vədlərə sadiqliyi var. Bax budur KADRIN YERİNDƏ OLMASININ NƏTİCƏSİ!
Bəs İlham Əliyev Daxili siyasəti niyə lazımi səviyyədə qura bilməyib?
Fikrimcə əsas bir neçə səbəb var :
1. 31 oktyabır 2003-cü ildə prezident olarkən atasından miras qalmış dövlət xadimlərinə həddindən artıq inanması və "qoca qurdlar"ın ona, Xalqa, ölkə imicinə sədaqətlə xidmət edəcəklərinə inanması.
2.Yerlərdə təyin edilən rəhbərlərin savadına, mənəviyyatına, Xalqın arasında hörmətinə deyil "qoca qurd"ların ona təqdimatına, rekamendasıyasına inanması əsasında olması.
3. Aparılan yenidən qurma və abadlaşdırılması işlərində olan maliyyə şişirdilmələri, saxtakarlıqları, talanları ilə olmasında "qoca qurdlar"ın özlərinin bilavastə rəhbərliklərini güman belə etməməsi.
4.Yeni NƏSİL İNSAN KAPİTALInın yetişdirilməsinin "qoca qurdlar"a ümüd edilməsi.
5. Azərbaycan Xalqının QARABAĞ MİQYASLI BƏLASInın həllinin əsas vəzifə kimi qarşısına məqsəd qoyması və s. və s....
Bax bu sandıqlarım və sanamadıqlarlm səbəblərin tədricən aydınlaşdırılmasına,
"qoca qurdların" vəzifələrindən uzaqlaşdırılmasına onilliklər vaxt itirildi, yeni nəsil yetişdirilməsi, "qoca qurdlar"ın törəmələri,qohum-əqrəbləri, yaxınları, onların aftafa daşıyanların bir sözlə "cavan qurdlar" formalaşdı. İndi hara əl atır ordan "cavan qurd" çıxır. Bunlara inanıb vəzifəyə təyin edir onlar cavan enerji ilə "qoca qurdlar"danda yırtıcı olur..
Bu gün vəzifədə olanların 90%-i bir zamanlar" qoca qurdlar"ın inanıb etibar etdikləri
"qurd balaları"dırlar
Onda belə çıxır ki, İlham Əliyev bu "qurdlar"a bacarmayacaq?!
Bacaracaq!
Sadəcə İlham Əliyevin "küçə tərbiyyəsi" YOX İDİ. Bu İNSAN hər bir məsələyə öz qəlbi, elmi, mənəviyyatı ilə yanaşırdı. Axı bütün həyatını cangüdənlərin əhatəsində keçirmiş, daima gülər üzlü (saxta olsa belə) adamların əhatəsində olan bir sözlə Heydər Əliyev kimi yerin altında üstündə bilən bir adamın oğluna kim nə deyib və ya edə bilərdi? Bu tərbiyyəni, savadı, elmi olan bir nəfər hardan bilsin KÜÇÜ TƏRBİYYƏSİ görmüş VƏLƏDUZNAların neçə üzü, siması, mənəviyyatı var?!. Əsas səbəb də budur ki, O hamını öz arşını ilə ölçsədə hamı onu dərk etmə qabiliyyətində olmadı....
Necə deyərlər "Sözünün Qəmbərqulusun de!" məsəli, yəni demək istəyirəm ki, " Hər bir Cəmiyyətin özünə layiq rəhbəri olar!" deyimi burda öz təsdiqini tapmadı. Təsadüfən "qoca qurdlar"ın bir biri ilə didişməməsi, vəzifələrini itirməməsi qorxusu,onlardan hansı birininsə hakimiyyəti ələ keçirə bilməməsi ucbatından "qoca qurdlar" Heydər Əliyevin ölümündən sonra İlham Əliyevin özünündə gözləmədən zərurətdən prezident olmağı qərarın verdilər. Öz aralarında razılaşmadılar kim bu qurdların başçısı olsun deyə yoxsa bir sürü "qoca qurd"lar onu heç vaxt vəzifəyə gətirməzdilər.
Mən inanıram ki, İlham Əliyev 20 illik hakimiyyəti illərində əsas məqsədi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi olduğundan artıq məqsədə çatdığından ikinci məqsədi Daxili siyasəti Xarici siyasət səviyyəsi kimi əla vəziyyətə gətirmək olacaq. Məhz əsas Qarabağ faciyəmizi aradan qaldırdığı üçün ona 20 illik hakimiyyətini AZƏRBAYCANLI adının mənasını dərk edən insanlarımız HALAL edir. Bəli 15 oktyabır 2023-cü ildə Xankəndində Ali Baş komandan İlham Əliyev Azərbaycan Bayrağını qaldırmaqla 20 illik prezidentlik illərində Azərbaycan Xalqının onun qaşısında qoyduğu QARABAĞIN AZAD EDİLMƏSİ vəzifəsini tam icra etdi! Məhz bu tarixdən Azərbaycan torpaqları tam azad Azərbaycan Respublikası tam müstəqil dövlət statusu qazandı. Bax bunu TƏK İlham Əliyev ZƏKASInln dünya erməni lobbisi və Ermənistan üzərindəki qələbəsi adlandırmaq olar.
Fikrimcə İlham Əliyev növbədən kənar prezident seçkilərin keçirmək qərarını 15 oktyabır 2023-cü ildə verib. Çünkü o ilk prezident seçkilərindən etibarən səlahətləri vəzifəsində öhtəsinə götürdüyü xarici siyasət quruculuğunu və Qarabağ qələbəsini tam yerinə yetirdi.
20 il bütün gücünü xarici siyasət quruculuğuna, Qarabağın azadlığına, Azərbaycanın tam müstəqil dövlət kimi mövcudluğuna sərf edən prezident artıq yeni seçkilər təyin etməklə xalqın etimadın qazanıb ləngimədən, vaxt itirmədən yeni məqsədə -- DAXİLİ SİYASƏTİN DÜNYA SƏVİYYƏSİNƏ YÜKSƏLDİLMƏSİ Məqsədinə başlamaq fikrindədir...
Bəli məhz bu məqsəd prezidenti haqlı olaraq növbədən kənar növbəti prezident seçkiləri elan etməyə təhrik edib. Əslində şükür Allaha SAGLAMLIĞI, səhhəti göz qabağında, Xalqın məhəbbəti yüksək, xarici ölkələrin onun şəxsiyyətinə ən yüksək səviyyədə münasibəti başqa nə səbəb olar var ki, ona işin davam etdirməsinə mane ola?! Yalnız bir səbəb əlavə 1 İ gözləmədən xalqdan yeni TAPŞIRIQ --- DAXİLİ MƏMUR ÖZBAŞINALIGA SON QOYMAQ tapşırığı. Əminəm ki, xalq etimad edib İlham Əliyev yenidən yaxın 7 ilə prezident seçərsə yeganə məqsəd DAXİLİ MƏMUR ÖZNAŞINALIĞINA, SÖZ AZADLIĞINA, POLİS ZORAKILIĞINA, SOSİAL SAHƏLƏRƏ AYRILAN MALİYYƏ VƏSAİTLƏRİNİN TALAN EDİLMƏSİNƏ SON QOYULACAQ!
Əziz AZƏRBAYCANLI adının mənasını və məhsuliyyətini dərk edən İNSANlarımız Azərbaycan uğrunda, Azərbaycanın Xalqının milli maraqları naminə, Dövlət müstəqilliyi naminə, damarlarında onlarla millətlərin qanqarışığı axan ETNOS parazitlərdirn sosial şəbəkələrində yaydıqları Anti xalq, antihamimiyyət, antimilli paylaşmalara fikir vermədən YUMURUQ KİMİ BİRLƏŞsək hər bir çatışmamazlığı düzəldəcəyik. Hakimiyyətdə kim olur olsun Xalq birliyini qorumaq yeganə məqsəd olmalıdır.
Daxili siyasətin qurulmasında mənim fikirimcə Yahudi Xalqının, İsrail modelinin təcrübəsi əsas götürülməlidir. Bu modelin əsas üstünlüyü Yahudi əsilli ancaq elmi, mənəvi-mədəni xüsusiyyətləri yüksək, dünya siyasi müstəvisində baş verən daxili idarəetmə işlərini əla bilən insanlar İsrailə gətirilir və İsrail dövlət quruculuğunda müvafiq vəzifə verilməklə ümumi milli məsələlərin həllinə nail olunur.
Əgər Azərbaycan Dövlətidə dünyada yaşayan elmi və mənəvi-mədəni səviyyəsi müasir tələblərə cavab verən, idarəçilik təcrübəli Azərbaycanlıları dövlət səviyyəli dəvət edərək gətirib vəzifələr verməklə İSDEDADLI İNSAN, KADIR azlığını aradan qaldıra bilər. Bir sözlə gələcək daxili işlərin qurulması mexanizmlərindən "Amerika açmaq", "Yeni velosiped icad etmək" əvəzinə özünü praktiki şəkildə doğrultmuş sivil dünya modelini milli səviyyəmiz nəzərə alınmaqla tətbiq edilməsi yaxın zamanda öz müsbət bəhrəsini verər. Əminəm ki, Azərbaycan xalqı sivil cəmiyyətdə yaşamaq məqsədində yaxın illərdə sözdə deyil əməldə nail olacaqlar!
İbrahim Həsənov


09:30 19.01.2024
Xəbər lenti
Bütün xəbərlər