KANAL24.AZ
Az Iw En Ru

Prokurorluqda dindirilən qadın özünü binadan atıb

Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən qadınım özünü ikinci mərtəbədən atdığı bildirilir. 32-yaşlı Turalə Aslanova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ailə üzvlərinin AzadlıqRadiosu-na bildirdiyinə görə, hadisə müstəntiqin otağında baş verib. Həmin vaxt otaqda müstəntiq və vəkili Emin Kiçikbəyov olub.

Aslanova prokurorluqda istintaqı gedən dələduzluq işi üzrə dindirməyə çağrılıb.

Turalə Aslanovanın atası hesab edir ki, övladını özünü öldürməyə vadar ediblər. Natiq Aslanovun sözlərinə görə, qızına hədə-qorxu gəlirdilər.

“Qızım hamısını açıb demişdi ki, pullar kimdədir. Amma araşdırmaq istəmirdilər. Günahkarı cəzalandırmaq əvəzinə qızımı hədələyirdilər. Əlimizdə sübut-dəlillərimiz var. Qızım bu barədə Baş Prokurora da yazmışdı. Nə oldu nəticəsi? Nəticə o oldu ki, axırda onun özünü öldürdülər…”, – Aslanov AzadlıqRadiosu-na belə deyib.

Mərkəzində qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində işləyib. Atası əlavə edib ki, Turalə Aslanova keçmiş polis əməkdaşı idi.

Baş Prokurorluq da Mingəçevir şəhər Prokurorluğundakı hadisəni təsdiqləyib. Qurumun mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, hadisə ilə əlaqədar hazırda Baş Prokurorluq araşdırma aparır:

“Turalə Aslanova vəkilinin iştirakıyla dindirmə üçün prokurorluğa dəvət edilib. İstintaq hərəkətinin gedişində 2-ci mərtəbədə yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb. Dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb”.

Prokurorluğun məlumatına görə, Aslanovanın dindirildiyi cinayət işində bir neçə nəfərin ümumilikdə 413 min manat pulu ələ keçirməsindən söhbət gedir.


18:59 20.07.2023
Xəbər lenti
Bütün xəbərlər