KANAL24.AZ
Az Iw En Ru

Zabil Məhərrəmov şəhidimizə dil uzatdı - Video

Özünü "Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri" kimi təqdim edən Zabil Məhərrəmov  "Youtube" videoportalındakı "OTV" kanalında paylaşdığı videoçıxışda səsləndirdiyi ifadələr hiddətə səbəb olub.

Kanal24 xəbər verir ki, Zabil Məhərrəmov sözügedən videoçıxışında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Teymurov Pəncəli Nurməhəmməd oğlunun toy günündə vətəni, bayrağı uğrunda şəhid olmaq istəyi barədə fikirlərini tənqid edib, bunu öz həyat yoldaşına qarşı etdiyi haqsızlıq kimi qələmə verib. 

Zabil Məhərrəmovun sözügedən tənqidi fikirlərinə sosial şəbəkələrdə bir sıra talış milliyyətli şəxslər tərəfindən mənfi rəy bildirilib.

“Yeni Sabah” 

 


18:24 19.07.2022
Xəbər lenti
Bütün xəbərlər