KANAL24.AZ
Az Iw En Ru

Buça cəlladlarından bəzilərinin adları açıqlanıb – Rəqqas, kassir, yanğınsöndürən...

  EnBuça cəlladlarından bəzilərinin adları açıqlanıb – Rəqqas, kassir, yanğınsöndürən...

Britaniya mətbuatı Ukraynanın Buça şəhərində törədilən qətliamlarda iştrak edən bir neçə rus hərbçisinin kimliyini açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyi isə iddia edir ki, bu hərbçilər rus ordusunun 64-cü briqadasının tərkibində döyüşüblər.

Xatırladaq ki, Rusiya ordusu Buça şəhərini işğal etdikdən sonra mülki əhaliyə qarşı saysız-hesabsız cinayətlər törətmiş, yüzlərlə Ukrayna vətəndaşını işgəncələr nəticəsində qətlə yetirmişdi.

Britaniya mətbuatı Buçadakı qətliamlara görə məsuliyyət daşıyan bəzi rus hərbçilərinin real həyatda nə işlə məşğul olduqlarını araşdırıb.

“AzPolitika.info” bu mövzuda aparılan araşdırmanı oxuculara təqdim edir:

“Buçadakı qətliamlarda iştirak edən hərbçilərdən biri - kiçik çavuş Semyon Maltsevdir. 26 yaşlı gənc müharibəyə yollanmamışdan əvvəl peşəkar rəqqas idi. İndi isə o, yüzlərlə dinc sakinin ölümündə günahlandırılır.

Briqadadakı digər bir əsgər kiçik çavuş Mixail Kaşindir. Cəmi 24 yaşında olan Kaşin ad günündə cəbhəyə yollanıb.

Zabit Vyaçeslav Lavrentyev isə Rusiya ordusuna qoşulmazdan əvvəl yanğınsöndürən kimi çalışırdı.

Sıravi əsgərlərdən Sergey Peskariov müharibədən əvvəl supermarketdə kassir işləyirmiş. O, müharibədən bir müddət öncə ordu sıralarına qatılıb.

Sıravi əsgərlərdən Albert Radnayev isə uzun müddət Rusiya ordusunda xidmət edib. Onun məktəbi bitirdikdən sonra orduya qatıldığı bildirilir.

25 yaşlı serjant Nikita Akimovun Buçada bir neçə mülki vətəndaşı oğurlayaraq, onlara işgəncə verdiyi iddia olunur. Akimovun sosial şəbəkədəki hesablarına görə, o, evlidir və uşaqları var”.

 

 


03:49 30.04.2022
Xəbər lenti
Bütün xəbərlər