KANAL24.AZ
Az Iw En Ru

Novruz Məmmədovla nəvəsinin rəqsini bu məşhur xanım müğənni yayıbmış - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib. Daha sonra Novruz Məmmədov Manset.az-a açıqlama verərək onun görüntülərini çəkən şəxsin kim olduğunu bilmədiyini qeyd etmiş və onun haqda sərt ifadələr bildirmişdi.

Kanal24 xəbər verir ki,, Novruz Məmmədovun nəvəsi ilə rəqs videosunu və başqa özəl görüntüləri həmin kiçik toy məclisində iştirak edən Əməkdar artist Elza Seyidcahan çəkib. O, açıqlamasında  bunu təsdiq edib.

"O ailə çox gözəl ailədir. Hamı kimi mən də Novruz müəllimi çəkmişəm, paylaşmışam. Mənimlə bərabər başqaları da çəkib, bilmirəm, indi onlar paylaşıblar?Burda nə var ki, məclidir da iştirak etmişik, əylənmişik, paylaşmışıq. Mən gördüm ki, başqaları da çəkir, mən də çəkdim paylaşdım."

 

 


21:34 24.04.2022
Xəbər lenti
Bütün xəbərlər