KANAL24.AZ
Az Iw En Ru

146 yaşın mübarək - Azərbaycan Milli Mətbuatı

Azərbaycanda milli mətbuatın, ana dilində çıxan ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.

Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Həmkarlarımızı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayırıq. 


18:36 22.07.2021
Xəbər lenti
Bütün xəbərlər