KANAL24.AZ
Az Iw En Ru

Şəmkirdə 350 nəfərlə toy təşkil edildi:Rəhbər məsuliyyətə cəlb olundu-Restorandan açıqlama gecikmədi

 

 

 

 

 

 

 

Sosial şəbəkələrdə 12 iyul 2021-ci il tarixində Şəmkir şəhəri, E. Allahverdiyev 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhərrəmov Ramin İbadət oğluna məxsus “Yamin” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğunun aşkar olunması ilə bağlı məlumat yayılmışdı.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də açıqlama verərək həmin şadlıq evində müvafiq portaldan rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu bidiririlb.

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda baxış zamanı şənlik mərasiminin 350 nəfərin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 12 nəfərin əyləşdiyi aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Məsələ ilə bağlı kanalımızla əlaqə saxlayan Məhərrəmov Ramin bildirib ki,sözügedən hadisədə açıqlama verən dövlət qurumunun mövqeyi qərəzli və ədalətsizdir.Belə ki,verilən məlumata görə AQTA əməkdaşları restorana məclisin bitməsinə az qalan bir zamanda gəlib və həmin an orada cəmi 100 nəfərə yaxın adam olub.Bəzi qaydaların düzgün olmaması barədə xəbərdarlıq edilib və 400 manat cərimə yazaraq məkanı tərk ediblər.Daha sonra bu tip məlumatların yayılmasını özlərinə qarşı qərəzli mövqe sərgiləndiyini deyən Ramin Məhərrəmov pandemiya dövründə Operativ Qərargahın bütün qaydalarına tam riayət etdiklərini də diqqətə çatdırıb.

 


03:44 16.07.2021
Xəbər lenti
Bütün xəbərlər