KANAL24.AZ
Az Iw En Ru

“Qarabağ” Avstriyaya getdi: 3 kluba qarşı

“Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.
KANAL24 xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, “atlılar” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni 7:0, “Sumqayıt”ı isə 3:1 hesabı ilə məğlub edib.

23:23 04.07.2021
Xəbər lenti
Bütün xəbərlər