KANAL24.AZ
Az Iw En Ru

92 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı: 29 ölü - Video

Filippində hərbi təyyarə qəzaya uğrayıb.
KANAL24 xəbər verir ki, Filippin Baş Qərargah rəisi general Sirilito Sobehana hərbi təyyarənin Sulu vilayətindəki Xolo adasına enməyə çalışarkən qəzaya uğradığını bildirib.
Qəza yerində araşdırmalar davam edir.
Göyərtəsində 3 pilot və 5 digər ekipaj üzvü ilə birlikdə 92 nəfərin olduğu C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 17 nəfər ölüb, 40 nəfər isə yaralıdır.
Bu barədə ölkənin müdafiə naziri məlumat yayıb.
Təyyarənin qəzaya düşdüyü yerdə xilasedicilər tərəfindən 29 cəsəd aşkarlanıb.
Məlumata əsasən, daha 17 nəfər itkin düşüb. Xəsarət alanların sayı isə 50 nəfərə çatıb.

22:36 04.07.2021
Xəbər lenti
Bütün xəbərlər