KANAL24.AZ
Az Iw En Ru

Filippində təyyarə qəzasında 17 nəfər öldü — YENİLƏNİB-2

Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub.
APA-nın xəbərinə görə, bu barədə Filippin mətbuatı ordudakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, təyyarənin göyərtəsində 85 nəfər olub.
Filippin Hərbi Qüvvələrinin təyyarəsi ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda yerə çırpılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Filippin Silahlı Qüvvələrnin komandanı Sirilito Sobedcan bildirib.
Filippin Silahlı Qüvvələrinin komandanı xilasetmə əməliyyatının davam etdiyini, indiyə qədər 40 nəfərin xilas edildiyini açıqlayıb.
Təyyarənin göyərtəsində 85 nəfər olub.
Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, yanan təyyarədən 15 nəfər çıxmağı bacarıb.
Xilasedicilər hadisə yerinə cəlb olunub.

18:37 04.07.2021
Xəbər lenti
Bütün xəbərlər