KANAL24.AZ
Az Iw En Ru

İspaniya yarımfinalda!

Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib.

"KANAL24" xəbər verir ki, günün ilk matçında İsveçrə və İspaniya milliləri üz-üzə gəlib.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün hərəsi 15 dəqiqədən ibarət əlavə hissələr oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən ispanlar adını yarımfinala yazdırıb.

Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutacaq. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gələcəklər.

AÇ-2020

1/4 final
2 iyul

20:00. İsveçrə – İspaniya - 1:1 (Penaltilər - 1:3)

Qol: X.Şakiri, 68 - D.Zakaria, 8 (ö.q)
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. “Zenit” stadionu.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 6. Denis Zakariya, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri (k).

İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 18. Jordi Alba, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.


06:01 03.07.2021
Xəbər lenti
Bütün xəbərlər