KANAL24.AZ
Az Iw En Ru

Xətaidə tikintiyə etiraz, icra başçısı hadisə yerinə gəldi

Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər həyətdə tikilən tikintiyə etiraz ediblər.

Kanal24  xəbər verir ki, hündürmərtəbəli binanın tikintisindən narahat olan sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib. Sakinlər icra başçısı ilə söhbətdən sonra, ərazini tərk ediblər. Rafiq Quluyev sakinlərə tikintinin dayandırılacağını bildirib.

 

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, 2018-ci ildən tikintiyə icazə verən qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. 

"Bu, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir", - deyə qurum rəsmisi əlavə edib.

***

Sözügedən tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mətbuat katibi Ramiz İdrisoğlu da açıqlama verib.

Xəzər TV-yə danışan qurum rəsmisi bildirib ki, həmin ərazidə çoxmərtəbəli yaşayış layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci tarixli 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.

Qeyd edək ki, ərazidə tikintini aparan "Sultan E" MMC-dir.

 


14:50 25.06.2021
Xəbər lenti
Bütün xəbərlər