KANAL24.AZ
Az Iw En Ru

Ərdoğan və Putin Qüdsü müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TV24  xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Qeyd edilib ki, ölkə başçıları danışıq zamanı Qüdsdəki vəziyyəti müzakirə ediblər.

 

Ərdoğan Türkiyə ilə Rusiyanın Qüdsdə inkişaf edən proseslər barədə həmfikir olduğunu göstərməyin əhəmiyyətli bir mesaj olduğunu vurğulayıb. O, böhran daha da dərinləşmədən BMT Təhlükəsizlik Şurasının işə qarışmalı və hücumları dayandırmaq üçün İsrailə açıq mesajlar verməli olduğunu bildirib.

Bundan əlavə dövlət başçıları Rusiya istehsalı Sputnik V koronavirus peyvəndinin Türkiyəyə tədaürükü ilə bağlı məsələləri də müzakirə ediblər.


22:18 12.05.2021
Xəbər lenti
Bütün xəbərlər