KANAL24.AZ
Az Iw En Ru

Sarkisyan yenə sərsəmlədi: “Qarabağ Azərbaycanın olmayacaq“

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın başına dəyən yumruq, görünür, hələ erməniləri ağıllandırmayıb. Bunu onların çıxışlarında sezmək mümkündür.

TV24 xəbər verir ki, bu dəfə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sərsəm bəyanatla çıxış edib. O, jurnalistlərin toplandığı məhkəmə binasının qarşısında  Dağlıq Qarabağın statusunun hələ müəyyənləşdirilmədiyini dilə gətirib:

“Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Təəssüf ki, faciənin qarşısı alına bilmədi, amma bir çıxış yolu görürəm: kapitulyatorlar getməlidir, xalq üzvləri dövlət düşüncəsinə sahib bir hökumət seçməlidir. Bu hökumət isə təcili olaraq təhlükəsizlik və rifahı təmin etmək üçün addımlar atmalıdır”. 


00:34 19.03.2021
Xəbər lenti
Bütün xəbərlər