KANAL24.AZ
Az Iw En Ru

Ermənistanda 180 hərbçi saxlanıldı

Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

TV24 xəbər verir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 500-dən çox şəxsin adı keçir.

"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, - qəzet qeyd edib.

"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.


17:28 14.03.2021
Xəbər lenti
Bütün xəbərlər