KANAL24.AZ
Az Iw En Ru

Rus senator ürəktutmasından öldü

Tümen vilayətinin Federasiya Şurasındakı nümayəndəsi Mixail Ponomarev vəfat edib.

TV24 xəbər verir ki, bu barədə RİA Novosti-yə parlamentin yuxarı palatasındakı bir mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ölüm səbəbi ürək tutmasıdır. Senatorun 67 yaşı var idi.

Ponomarev Federasiya Şurası İqtisadi Siyasət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2016-cı ildə senator seçilib, bundan əvvəl Tümen Regional Dumasının deputatı idi.

Siyasətçi "Dostluq" və "Şərəf" ordenləri ilə təltif edilib.


16:25 14.03.2021
Xəbər lenti
Bütün xəbərlər