KANAL24.AZ
Az Iw En Ru

Alim ömrünün səlnaməsi-Elşad Qurbanov 70

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun yanvarın 2-də 70 yaşı tamam olub.

Professor Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalnın Qara Kilsə rayonunun Urud kəndində anadan olub. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən botanika kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər isə BDU-nun botanika kafedrasının müdiri vəzifəsində işləyir. E.M.Qurbanov 1984-cü ildə biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildən professor elmi adını alıb, 2000-2002- ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib. E.Qurbanov Azərbaycan Botanika Elminin inkişafına verdiyi töhhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən daima dəyərləndirilib. Və bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. "Avropa nəşr mətbuat Evi"nin ən yaxşı vətəpərvər tədqiqatçı alim kimi qızıl medalla təltif olunmuşdur. Eyni zamanda yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə “İlin alimi” , pedaqoji fəaliyyətinə görə 2010-cu ildə “İlin müəllimi” fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilən xatirə medalı ,ilə mükafatlandırılıb. Qurbanov 2017-ci ilde Yüksək Peşəkarlığa Görə Fəxri Fərman” ,elə həmin il “Şərəfli ömür yolu” diplomu və 2019 cu ildə "Əməkdar elm xadimi" fəxri adına,həmçinin Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikasinin yubiley medali ilə təltif olunmuşdur.

Eyni zamanda 21ci esr dunya botanikleri siyahisina daxil edilən yeganə azerbaycanlı alim Qurbanov Türkiyə Cumhuriyyəti akademiki və Qızıl ulduz medalına layiq görülən görkəmli elm xadimidir.
Biologiya elmləri doktoru, professor Elşad Qurbanov 374 elmi əsərin, 12 kitabın, 40-dan artıq dərs proqramlarının və metodik göstərişlərin, 12 müəlliflik şəhadətnaməsinin müəllifi və 15 kitabın elmi redaktorudur,. Elsad qurbanovun müəllifliyi ilə “Azərbaycanın Qırmızı Kitabı”nın (II cildlik) 2-ci nəşri çap olunub. Bundan əlavə "Azərbaycan Milli Atlası"nda qurbanovun bir neçə xəritəsi çap olunub.

Görkəmli alimin elmimize verdiyi tövhələr sadəcə sadaladıqlarımızla yekunlaşmır.Qurbanovun elmi rehberliyi ile yetişdirilen felsefe doktorlarinin sayi 15nefere catib, 2 elmler doktorunu da azerbaycan elmine bexs edən isim mehz Elşad qurbanovdur.
Ailəlidir. İki oğlu və 5 nəvəsi var.
Biz də kanalımız adından dəyərli alimimizi yubileyi münasibəti ile təbrik edir,uzun ömr ,can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

 

 

 

 


18:57 02.01.2021
Xəbər lenti
Bütün xəbərlər