KANAL24.AZ
Az Iw En Ru

Erməni deputat aksiyaçılarla əlbəyaxa oldu - Video

Ermənistan Milli Məclisinin binasının qarşısında etirazçılarla Mənim Addımım blokunun deputatı Sisak Qabrielyan arasında dava düşüb.

TV24 xəbər verir ki, bu barədə “Nyus.am” məlumat yayıb.

Vətəndaşlardan biri millət vəkilinin avtomobilinə yaxınlaşaraq, “Mükafat üçün gəldiniz” deyə soruşub.

Qabrielyan maşından enib. Vətəndaş ona eyni hərəkətlə cavab verən millət vəkilini itələyib. Daha sonra tərəflər arasında dava başlayıb. Sisak Qabrielyan vətəndaşları təhqir edib və onlardan birinin üzünə zərbə endirib.

Bir müddət sonra millət vəkili maşına minərək uzaqlaşıb. Vətəndaşlar deputatın avtomobilini və özünü yumurta atəşinə də tutub.

İnsidentlə əlaqədar xuliqanlıq maddə ilə cinayət işi başlanıb.

 

 

 

 


00:54 29.12.2020
Xəbər lenti
Bütün xəbərlər