KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ" Avopa Liqasında ilk xalını qazandı

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Makkabi” (İsrail) oyunu başa çatıb.

TV24 xəbər verir ki, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.

Oyunda hesabı qonaqlar matçın 22-ci dəqiqəsində açıb. Yonatan Koen hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Qoldan sonra irəli atılan ağdamlılar oyunun 37-ci dəqiqəsində hesaba tarazlıq gətiriblər. Abdulla Zubirin ötürməsindən sonra Xayme Romero adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Qarabağ” UEFA Avropa Liqasında ilk xalın qazanıb.

Paralel keçən oyunda “Sivasspor” klubu “Vilarreal” (İspaniya) komandasını qəbul edib. Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb.

Beş turdan sonra I qrupa 13 xalla İspaniyanın “Vilyarreal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 8 xalla ikinci, “Sivasspor” klubu 6 xalla üçüncü, “Qarabağ” isə 1 xalla dördüncü sırada qərarlaşıb.

Son turda “Sivasspor” səfərdə “Makkabi”ni məğlub edəcəyi halda bu qrupda pley-off mərhələsinə vəsiqə qazanan ikinci komanda olacaq. Xatırladaq ki, “Vilarreal” ötən tur vəsiqəsini vaxtından əvvəl qazanıb. “Qarabağ”ın son oyunu səfərdə Valensiya təmsilçisi ilə olacaq. Həmin görüşlər dekabrın 11-də təşkil ediləcək.


07:58 04.12.2020
Xəbər lenti
Bütün xəbərlər