KANAL24.AZ
Az Iw En Ru

Elmlər Akademiyasında kadr dəyişikliyi

Qazıyev əzifəsindən azad edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr dəyişikliyi baş verib. 

İclasda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Eyni zamanda, iclasda qəbul edilən qərarla biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.

Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.


01:42 24.12.2015