KANAL24.AZ
Az Iw En Ru

İspaniyalı nazir gəzinti zamanı hücuma məruz qalıb

İspaniyanın baş naziri Mariano Raxoya Pontevedra şəhərinin (Qalisiya muxtar vilayəti) mərkəzində gəzinti zamanı hücum edilib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, nazir vilayətdə 20 dekabr tarixində keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyası çərçivəsində olub. Raxoyla birlikdə hakim Xalq partiyasının başqa üzvləri də olub.

Nazir şəhər sakinlərinin əhatəsində olduğu zaman, onunla şəkil çəkdirmək istəyən bir gənc üzündən zərbə endirib.

Qeyd olunur ki, hücum edən gənci dərhal hüquq mühafizə orqanları saxlayıb.

 


14:17 17.12.2015